пятница, 11 ноября 2011 г.

ПРОЦЕНТРАНГ


Qohum funksiyalar:
Sintaksis:
    ПРОЦЕНТРАНГ(массив;х;разрядность)
Nəticə:
    Verilənlər çoxluğunda ədədin faiz ranqını hesablayır.
Arqumentlər:
  •     массив: ilkin verilənlər massivi;
  •     х: faiz məzmunu hesablanan qiymət;
  •   разрядность: vergüldən sonra gələn rəqəmlərin sayını göstərmək üçün nəzərdə tutulmuş məcburi olmayan arqument. Əgər bu arqument buraxılmışdırsa, onda ПРОЦЕНТРАНГ funksiyası üç rəqəmdən istifadə edir (0, ###).
Qeydlər:
  •      massiv boş olduqda ПРОЦЕНТРАНГ funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •   разрядность < 1 olduqda ПРОЦЕНТРАНГ funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      əgər х arqumenti massivin heç bir qiymətinə uyğun gəlmirsə, ПРОЦЕНТРАНГ funksiyası interpolyasiya apararaq faiz məzmununun korrekt qiymətini hesablayır.
Riyazi-statistik interpretasiya:
     ПРОЦЕНТРАНГ funksiyası verilənlər çoxluğunda verilənlərin nisbi yerləşməsini qiymətləndirmək üçün istifadə edilir. Məsələn, testləşdirmə zamanı uyğun nəticənin digər nəticələr arasında yerləşləşdiyi mövqeyi qiymətləndirmək üçün bu funksiyadan istifadə etmək olar.
     Verilənlər çoxluğunun elementləri ilə üst-üstə düşən qiymətlər üçün ПРОЦЕНТРАНГ funksiyası yuxarıdakı qaydalarla hesablama aparır.
     Verilənlər çoxluğunun elementləri ilə üst-üstə düşməyən qiymətləri üçün xətti interpolasiya aparılaraq faiz məzmununun korrekt qiyməti hesablanır.
     ПРОЦЕНТРАНГ funksiyası verilənlərin qabaqcadan nizamlanmasını tələb etmir, nizamlanma avtomatik olaraq azalma istiqamətində aparılır.

Misal
Ali məktəbə qəbul bal sistemi ilə aparılır. Abituriyentin toplaya biləcəyi maksimal balların miqdarı 100-ə bərabərdir. Bir qrup abiturient üçün bu nəticələr aşağıdakı cədvəldə verilmişdir:


1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
Ballar
48
56
81
45
62
73
82
87
36
40
51
62
67
80
82
38
40
69
73
84

 Bu verilənlər əsasında 73 bala uyğun faizranqını hesablamalı.

Комментариев нет:

Отправить комментарий